Ayxan Abbasov: "Gedişim nəyisə dəyişsə, gedərəm"

Ayxan Abbasov: "Gedişim nəyisə dəyişsə, gedərəm"
Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Zirə” – "Səbail” qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Bu oyuna çox köklənmişdik. Qol epizodlarımız çox olsa da, istifadə edə bilmədik. Sadə epizodda cavab topunu buraxdıq. Qarşıda fasilə var. Bundan maksimum yaryarlanmağa çalışacağıq. 
- Azarkeşlər istefanızı tələb edirdilər. Buna münasibətiniz?
- Təbii ki, ürəkləri yanır. Ancaq bizim qədər onların ürəyi yana biməz. Əgər mənim gedişim nəyisə dəyişsə, gedərəm. Amma rəhbərliklə də söhbətimiz olub. Çalışacağıq vəziyyətdən çıxaq. 
- Futbolçularınız çoxsaylı qol epizodlarını boşa verdi. Bəlkə onları istefaya göndərmək lazımdı?
- Əvvəlki oyunarda da olub ki, qol epizodlarını qaçlrsaq da, sonradan toparlana bilmişik. 
- Uzun müddət qalib gəlməyəndə, komanda barəsində "bir qələbə lazımdı” deyimi işlənir.
- Razıyam, müəyyən gərginlik var və 1 qələbəyə ehtiyacımız var. 
- Urdinovun oyunu barədə fikriniz?
- Onun oyunundan razı qaldım. 
- Fasilə zamanı 1 yoxlama oyunu ilə kifayətlənəcəksiniz?
- Bəli, yalnız "Səbail”lə yoxlama görüşü bizim üçün yetərli olacaq.(sport24.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər