Ayxan Abbasov futbolçularına təşəkkür edib

Ayxan Abbasov futbolçularına təşəkkür edib
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ"yə səfərdə 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. 
Gənc mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb: "Bilirdik ki, qış fasiləsindən sonra birinci oyun çətin olacaq. Bu üzdən oyuna yaxşı hazırlaşmışdıq. Fikrimcə, İlk hissə daha yaxşı təsir bağışladıq. Fasilədən sonra da oyuna yaxşı başlamağımıza baxmayaraq, hesabda geri düşdük. Oyunun gedişində matçın taleyini bir qol həll edəcəyini də hiss etməmək mümkün deyildi. "Qəbələ” səviyyəli oyunçulardan qurulmuş kollektivdi. Matç başa çatandan sonra futbolçularıma yaxşı oyuna görə təşəkkür etdim. Futbol kollektiv oyun olduğundan udan da, uduzan da komandadı. Kimisə mühakimə edib, günahı onun üzərinə atmaq düzgün olmaz. Növbəti matçlarda daha yaxşı oynayıb uğurlu nəticələr qazanmağa çalışacağıq”. (Sport24.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər