Ayxan Abbasov: "Futbolçularımızın istəyi bizi qane etdi"

Ayxan Abbasov: "Futbolçularımızın istəyi bizi qane etdi"
"Bilirsiniz ki, hazırlıqlar ağır, komanda isə yorğun olur. Bugünkü oyunda futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi. Qələbə qazandıq və komandamızın oyunundan razı qaldıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanış çərçivəsində "Vardar"a (Makedoniya) 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.
"Çalışırıq ki, yoxlama oyunlarında bütün oyunçularımıza şans verək. Çünki, toplanışdan sonra çempionata tam hazır şəkildə başlamalıyıq” - deyə o bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər