Ayxan Abbasov bu futbolçunu kubok matçında oynada bilməyəcək

Ayxan Abbasov bu futbolçunu kubok matçında oynada bilməyəcək

Bizon Azərbaycan Kubokunun 1/8 final final mərhələsində 1-ci Liqa təmsilçisi "Baku Sportinq"i qəbul edəcək "Şamaxı"nın oyuna neçə itki ilə çıxacağı məlumdur.

Bu barədə Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli məlumat verib:

"Cəzalı oyunçu yoxdur. Rumıniyalı yarımmüdafiəçi Andrey Tirkoveanu zədə səbəbindən "Baku Sportinq"ə qarşı oynamayacaq".

Qeyd edək ki, "Şamaxı" - "Baku Sportinq" görüşü dekabrın 3-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. Meydan sahibləri mübarizəyə bu mərhələdən qoşulacaqlarsa, Bakı təmsilçisi 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası "Göygöl"ü 2:0 hesabı ilə yenərək Premyer Liqa klubu ilə qarşılaşmaq hüququ qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər