Ayxan Abbasov bu futbolçuların xidmətindən məhrumdur

Ayxan Abbasov bu futbolçuların xidmətindən məhrumdur

Misli Premyer Liqasının (MPL) 8-ci turunda "Kəpəz"i qəbul edəcək "Şamaxı" oyuna iki itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseynli deyib:

"Cəzalı futbolçu yoxdur. İki oyunçu zədə səbəbindən "Kəpəz"ə qarşı oynamayacaq ki, bunlar da Edqar Adilxanov və Andrey Tirkoveanudur".

Qeyd edək ki, "Şamaxı" - "Kəpəz" qarşılaşması oktyabrın 17-də keçiriləcək. Matçın start fiti 14:30-da səsləndiriləcək. Hazırda "Şamaxı" 9 xalla MPL-in turnir cədvəlində 9-cu pillədə mövqe tutubsa, xal qazana bilməyən "Kəpəz" 12-ci - sonuncu yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər