Avropalılar "Neftçi"nin islahatlarına "2" verdi

Avropalılar "Neftçi"nin islahatlarına "2" verdi
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Fanat.az хəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Neftçi" səfərdə meydana çıxıb.
Bakı təmsilçisi Çernoqoriyanın "Mladost" klubunun qonağı olub. Komandalar arasında Bakıda baş tutan oyun 2:2 hesabı ilə başa çatdığndan "Neftçi" mərhələ keçmək üçün səfərdə ya qələbə qazanmalı, ya da 2:2-dən daha böyük hesablı heç-heçəyə razılaşmalı idi. Lakin mövsüm öncəsi maliyyə problemləri üzündən heyətində islahatlar aparan "ağ-qaralar" zəif rəqiblə qarşılaşmada bunu bacarmayıb. Hesabı 71-ci dəqiqədə Kauenin ötürməsindən sonra kapitan Araz Abdullayev açıb. 90+1-ci dəqiqədə isə İvan Vukoviç bərabərliyi təmin edib. Bununla "Neftçi" Avropa Liqasındakı çıхışını erkən başa vurub.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
9 iyul
Mladost (Çernoqoriya) - Neftçi 1:1
Qollar: İvan Vukoviç, 90+1 (ötürmə - Jasmin Muhoviç) - Araz Abdullayev, 71 (ötürmə - Kaue).
Mladost: 23. Mileta Raduloviç (k), 3. Luka Peyoviç, 6. Mirko Rayçeviç, 9. Blazo İqumanoviç, 15. Luka Mirkoviç (14. İvan Novoviç, 31), 20. Miloş S. Raduloviç (10. Jasmin Muhoviç, 80), 21. Miloş Lakiç, 52. Miloş B. Raduloviç, 24. İvan Vukoviç, 86. Marko Şkepanoviç (94. Aldin Adzoviç, 69).
Ehtiyat oyunçular: 77. Vuk Radoviç, 7. Bozo Osmayliç, 16. Boyan Baboviç, 22. Aleksandar Miliç.
Baş məşqçi: Nikola Rakoyeviç.
Neftçi: 1. Aqil Məmmədov, 5. Melli, 6. Aylton, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov (8. Elşan Abdullayev, 63), 17. Rəhman Hacıyev, 18. Kaue, 21. Samir Məsimov (77. Nicat Qurbanov, 78), 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 22. Mirabdulla Abbasov, 88. Orxan Qurbanlı.
Baş məşqçi: Samir Əliyev.
Sarı vərəqələr: Luka Peyoviç, 45. Miloş S. Raduloviç, 79. Jasmin Muhoviç, 90+5 - Rəhman Hacıyev, 6. Kaue, 15. Aylton, 58. Nicat Qurbanov, 84. 
Qırmızı vərəqələr: Miloş S. Raduloviç, 90+9 - Aylton, 90+9. Maksim Vaylo, 90+9.
Hakimlər: Kevin Klansi, Alastair Mather, Stuart Makmillan, Brian Kolvin (Şotlandiya).
UEFA nümayəndəsi: Jean-Luis Piette (Fransa).
Hakim-inspektor: Marian Ruzbarski (Slovakiya).
İlk oyun - 2:2.
Podqoritsa. Qradski stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər