"Neftçi" "Qalatasaray"a rəqib oldu

"Neftçi" "Qalatasaray"a rəqib oldu
Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu "Neftçi”nin növbəti rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.
I təsnifat mərhələsində "Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi "Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. Görüş Bakıda keçiriləcək.
Qeyd edək ki, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər