Avropa Kuboku: "Neftçi" əsas mərhələyə yüksəldi

Avropa Kuboku: "Neftçi" əsas mərhələyə yüksəldi

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab görüşünə çıxan "ağ-qaralar" 61:73 hesabı ilə uduzsalar da, iki qarşılaşmanın ümumi hesabına əsasən əsas mərhələyə yüksəlməyi bacarıb. Paytaxt təmsilçisi Bakıda keçirilən ilk görüşdə 80:67 hesablı qələbə qazanmışdı. Qeyd edək ki, "Neftçi" FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər