İspaniya mediası Arda Turanla bağlı növbəti iddianı yayıb. Fanat.Az xəbər verir ki, bu barədə ölkənin iki ən böyük qəzeti - "Marca" və "AS" "RAC 1" radiosuna istinadən məlumat yayıb.
Qəzetlər iddia edib ki, "Barselona" Arda Turanı "Qalatasaray"a icarəyə verib. İcarə müddəti 2 il üçün nəzərdə tutulub. Bildirilir ki, Kataloniya klubu ilə 3 illik müqaviləsi olan futbolçu 2 il "Qalatasaray"ın formasını geyinəcək, sözləşməsinin son ilində İspaniyaya dönəcək.
Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi bu gün bağlanacaq.
Fanat.Az