Dani Alveşin gedişindən sonra sağ cinah müdafiəçilərindən gözlənilən nəticəni ala bilməyən "Barselona"nın yeni hədəfi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu "Arsenal"dan Ektor Bellerini transfer etməyə hazırlaşır.
İddialara görə, ispan futbolçu "Barselona"nın transfer siyahısında ilk sıranı tutur. Bellerinin müqaviləsində sərbəst qalma maddəsinin olmaması kataloniyalıların işini çətinə salan əsas məqamdı. İddialara görə, "Arsenal" 22 yaşlı futbolçusu üçün 40 milyon avro tələb edir. Bellerin transferini çox istəyən "Barselona"nın bu məbləği ödəməyə məcbur olacağı deyilir.
Başqa bir variant isə Arda Turan ola bilər. Məlumata görə, "Barselona" türk futbolçunu Bellerin transferində istifadə etmək istəyir. Kataloniyalılar ispan futbolçuya qarşılıq "Arsenal"a Arda Turan və bir miqdar pul təklif edə bilər.
"Arsenal" uzun müddətdi Arda Turanın transferinə çalışır. Ona görə də "Barselona"nın bu təklifi onlar üçün maraqlı ola bilər.
Fanat.Az