Arda Turanla bağlı daha bir İDDİA

Arda Turanla bağlı daha bir İDDİA

Türkiyə millisinin üzvü Arda Turan karyerasını ölkəsində davam etdirə bilər. Fanat.az xəbər verir ki, təcrübəli futbolçunn xidmətindən son çempion "Beşiktaş" maraqlıdı.

Bu iddia ilə qardaş ölkə mətbuatı çıxış edib. Yayılan məlumata görə, İstanbul təmsilçisinin prezidenti Fikrət Ormanla Ardanın meneceri Ahmet Bulut görüşüb.Yarımmüdafiəçinin agenti görüş zamanı Ormana "Əgər Ardanı istəyirsinizsə, "Barselona" ilə danışıqlara başalaya bilərəm" deyib. Klub başqanının da cavabı müsbət olub.

Qeyd edək ki, bu keçidin icarə əsasında rəsmiləşəcəyi istisna deyil.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər