Arda Turanın yerinə gələcək ulduz

Arda Turanın yerinə gələcək ulduz

Xəbər verdiyimiz kimi, "Barselona" Arda Turanı satmaq qərarına gəlib. Fanat.Az xəbər verir ki, artıq Kataloniya klubunun onun yerinə transfer edəcəyi futbolçunun kimliyi də müəyyənləşib.

"El Mundo Deportivo" iddia edir ki, "Barselona" Arda Turanı sataraq PSJ-dən Anxel Di Marianı transfer edəcək. İddiaya görə, Di Marianın Lionel Messi və Xavyer Maskerano ilə yaxşı münasibətləri var. Transferə onlar vasitəçilik edəcək.

Qeyd edək ki, Di Maria 2010-cu ildə "Benfika"dan "Real"a 33 milyon avroya transfer olunub. "Kral Klubu" argentinalı yarımmüdafiəçini 2014-cü ildə "Mançester Yunayted"ə 75 milyon avroya satıb. PSJ isə bir il sonra ona 63 milyon avroya alıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər