Arda Turanın transfer rekordu qırıldı

Arda Turanın transfer rekordu qırıldı

"Başakşəhər"in futbolçusu Çingiz Ünder "Roma"ya transfer olunub. Fanat.Az xəbər verir ki, İtaliya klubu Türkiyə təmsilçisinə bu transferə görə 15 milyon avro ödəyəcək.

Bununla da Arda Turanın rekordu qırılmış olacaq. Belə ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya 13 milyon avroya transfer olunmuşdu. Bu indiyədək ölkə xaricinə satılan ən bahalı futbolçu hesab olunurdu.

Qeyd edək ki, Arda 2015-ci ildə "Atletiko"dan "Barselona"ya 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer olunub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər