“Barselona” klubunda oynayan Arda Turanın 2 il sevgili olduğu Aslıhan Doğan ilk dəfə münasibətlərindən danışıb.
Elit restoranların birində bacısı Dilahan Doğanın doğum gününü qeyd edən gözəl ayrılıq səbəbinin xəyanət olmadığını etiraf edib. O, bildirib ki, ayrılıq səbəbi hər hansı qanın ola bilməz: “Bir-birimizi çox sevirdik. Ardanın İspaniyada olması, oradakı həyat tərzi mənə uyğun gəlmədi. Ağır olsa da, ayrılmağa qərar verdik. Ebru Şallı və Didem Soydan kimi qadınlar münasibətimin bitməsinə səbəb ola bilməz”.
Xatırladaq ki, bir neçə ay əvvəl ayrılan cütlüyün ayrılıq səbəbi kimi Aslıhan Doğanın fubolçunun ailəsi ilə çəkdirdiyi fotoları instagramda paylaşması və Arda Turanın buna qəzəblənməsi göstərilmişdi.(publika.az)
Fanat.Az