Arda Turanın böyük qorxusu

Arda Turanın böyük qorxusu

Arda Turanın İngiltərə Premyer Liqasında oynamaq arzusu reallaşmaya bilər. Fanat.Az xəbər verir ki, bunun səbəb Fatih Terimin onu milli komandaya çağırmamasıdı.

Hazırda FIFA reytinqində 25-ci olan Türkiyədən bir futbolçunun İngiltərədə oynaya bilməsi üçün onun son 2 ildə milli matçların 60 faizində meydana çıxması vacibdi. Arda Turan isə Avropa çempionatından sonra Türkiyə millisinin 1 yoxlama, 3 rəsmi oyununda kənarda qalıb. Bu vəziyyət davam edəcəyi halda futbolçu ən böyük arzusu olan Premyer Liqada oynamağı unutmalı olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər