Arda Turandan möhtəşəm qol - VİDEO

Arda Turandan möhtəşəm qol - VİDEO
İspaniya La Liqasının XXIX turunda "Barselona" öz evində "Xetafe"ni qonaq edib. Fanat.az xəbər verir ki, oyun kataloniyalıların 6T0 hesabı ilə başa çatan qarşılaşmada tarixi hadisə də baş verib.
 
Oyun Arda Turan üçün də uğurlu alınıb. Türk futblçu qarşılaşmanın 57-ci dəqiqəsində vurduğu gözəl qolla qələbəyə töhvə verib. Ardanın başı üzərindən arxaya doğru vurduğu estetik qol azarkeşlər tərəfindən alqışla qarşılanıb. Bununla yanaşı, Arda Lionel Messinin qolunda də pası verən futbolçu olub. 
Qeyd edək ki, "Barselona"nın heyətində Neymar dubl edib, Messi və Munir El Haddadi hərəyə bir qol vurub. Digər qolu isə "Xetafe"dən Xuan Rodriges öz qapısından keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər