Arda Turana tarixi təklif - 110 milyon avro...

Arda Turana tarixi təklif - 110 milyon avro...

Arda Turanın Çinə transferi ilə bağlı yeni xəbərlər yayılıb. Fanat.Az xəbər verir ki, futbolçunun meneceri Ahmet Bulutun ötən həftə Çinə yollanaraq Ardanın xidmətində maraqlı olan "Quanqzu Everqrande" klubunun rəsmiləri ilə görüşdüyü bildirilir.

Bu barədə İspaniyanın "Sport" qəzeti məlumat yayıb. Qəzet yazır ki, futbolçunun meneceri Çindən qayıtdıqdan sonra "Barselona" rəsmiləri və Arda Turanla görüşərək təklifin detallarını onlara çatdırıb.

İddiaya görə, çinlilər bu transfnr üçün "Barselona"ya 50 milyon avro, futbolçunun özünə illik 20 milyon avro maaş təklif edir. "Sport"un yazdığına görə, transferin ümumi dəyəri 110 milyon avroya yüksələ bilər.

Qeyd edək ki, "Quanqzu Everqrande" klubuna braziliyalı mütəxəssis Luiz Felipe Skolari başçılıq edir. Komandada Paulinyo və Cekson Martines kimi ulduzlar çıxış edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər