Arda Turana İngiltərə nəhəngindən təklif

Arda Turana İngiltərə nəhəngindən təklif
Hər "transfer pəncərəsi"ndə adı Avropanın nəhəng klubları ilə yanaşı çəkilən Arda Turana daha bir möhtəşəm təklif gəlib. Fanat.az xəbər verir ki, hazırda "Atletiko"da forma geyinən türk ulduz "Arsenal"a keçə bilər. 
Mövsümün sonunda Madriddən ayrılacağı ilə bağlı söz-söhbətlər gəzən yarımmüdafiəçini London klubunun baş məşqçisi Arsen Venger təkidlə transfer etmək istəyir. Ardanın meneceri Ahmet Bulut isə futbolçunun heç yerə getmək niyyətində olmadığını bildirib: "Arda Madriddən ayrılmaq niyyətində deyil. Bəli İngiltərədən ona bəzi təkliflər gəlib, amma o klubla müqaviləsini yeniləyib. "Atletiko" bu il çempionluq yarışında əsas simalarından biridi və Arda Turan burda çox xoşbəxtdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər