Türkiyə yığmasının üzvü Burak Yılmazın da formasını geydiyi "Beijinq Quon" və "Quanqzou" bu dəfə "Barselona"nın qapısını baş gicəlləndirən təkliflə döyüb.
Fanat.Az xəbər verir ki, bu haqda İspaniyanın "Sport" qəzeti "Quanqzou"nun Arda Turana 40 milyon avroluq təklif irəli sürdüyünü iddia edib. Sözügedən komandalar transfer dəyərindən əlavə Ardaya 15 milyon avro olmaqla 3 illik müqavilə təklif ediblər.
2 mövsüm əvvəl "Atletiko"dan 34 milyon avro qarşılığında "Barselona" yolunu tutan Arda üçün gələn bu təklifə klub rəhbərliyinin müsbət yanaşdığı da deyilir. Ancaq baş məşqçi Luis Enrike Neymar, Messi, Luis Suarez üçlüyünün yoxluğunda istifadə etdiyi ardanın ən azından yanvar ayında ayrılmasına qarşı çıxır.
Bir tərəfdən Ardanı böyük məbləğdə Çin klublarına satıb iqtisadi cəhətdən rahat nəfəs almaq isətəyən "Barselona" rəhbərliyi, digər tərəfdən buna qarşı çıxan Enrike... Çox güman transfer pəncərəsi dönəmində Ardanın adı Çin klubları ilə tez-tez hallanacaq. Amma sonda qərarı futbolçu özü verəcək...
Fanat.Az