Arda Turana inanılmaz təklif

Arda Turana inanılmaz təklif

"Hürriyət"in köşə yazarı, veteran qapıçı Arda Turanla bağlı yeni iddia səsləndirib. Fanat.Az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü Arda Turana Çindən astronomik təklifin olduğunu iddia edib.

Ardanı yerli-yersiz tənqid, hətta təhqir edən mətbuat orqanlarını qınayan Rüştü Ernesto Valverdenin türk futbolçunu "Barselona"dan göndərmək istəmədiyini yazıb: "İşin əsli bilirsiz nədi? "Barselona"nın yeni baş məşqçisi Ernesto Valverde onsuz da heyətlə bağlı problemləri olan komandadan heç kimi göndərmək istəmir. Hələ də 12-ci, 13-cü adam olan Ardanı heç göndərmək niyyətində deyil. Fəqət Çindən elə təklif var ki, Arda getmək istəyər. Amma dediyim kimi, "Barselona" pulun əsiri olarsa satar, onun xaricində Ardanı satması mümkün deyil. Bu arada gələn təklif heç bir futbolçunun "yox" deyə bilməyəcəyi səviyyədədi".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər