Arda Turan xəstələnib. Fanat.az xəbər verir ki, bu barədə "Barselona"nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, türk futbolçunun tempraturu bu gün yüksək olub və bu səbəbdən məşqə qatılmayıb. Onunla yanaşı, Serxio Buskets də xəstə olduğu üçün məşqdən kənarda qalıb.
Onların "Kral Kuboku"nun 1/4 final mərhələsi çərçivəsində “Atletik”ə qarşı cavab matçında meydana çıxıb-çıxmayacağı bilinmir. Bu qarşılaşma yanvarın 27-də baş tutacaq.
Fanat.az