Arda Turan "Barsa"dan gedir - Yeni klubu AÇIQLANDI

Arda Turan "Barsa"dan gedir - Yeni klubu AÇIQLANDI

Arda Turan "Barselona"dan ayrılır. Fanat.Az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, "Barselona" "Arsenal"dan Hektor Bellerini heyətinə qatmaq istəyir. Kataloniyalılar Arda Turandan bu transferdə istifadə etmək istəyir. Türk futbolçu və müəyyən məbləğdə pulu "Arsenal"a təklif etmək niyyətində olan "Barsa" Hektor Bellerin heyətinə qatmağı planlaşdırır.

Hektor Bellerinin transferindən 40 milyon avro qazanmağı planlaşdıran "Arsenal" üçün bu təklif göydəndüşmə olub. Arda Turanın adı uzun müddət idi ki, London klubu ilə yanaşı çəkilirdi.

Qeyd edək ki, Hektor Bellerin "Barselona"nın yetirməsidi. O, 2011-ci ildə "Barselona"dan 500 min avroya "Arsenal"a transfer olunub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər