Arda Turan geri dönür: razılıq verdi

Arda Turan geri dönür: razılıq verdi

Arda Turan "Qalatasaray"da çıxış edəcək. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddia olunub ki, futbolçu "Qalatasaray"dan aldığı təklifə müsbət cavablayıb və bir il İstanbul klubunda icarə əsasında oynamağa razılıq verib. Artıq "sarı-qırmızılar" Ardanı icarəyə götürmək üçün "Barselona"ya rəsmi şəkildə müraciət edib. Kataloniya klubuna icarə haqqı olaraq 2,5 milyon avro təklif olunub. La Liqa klubunun da təklifə müsbət cavab verəcəyi deyilir. 

Qeyd edək ki, "Qalatasaray" Ardanı 2011-ci ildə "Atletiko"ya 13 milyon avroya satmışdı. "Barselona" isə onu 41 milyon avroya (bonuslar daxil) alıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər