Arda Turan danışdı: Milli karyerasını bitirir?

Arda Turan danışdı: Milli karyerasını bitirir?

"Milli karyeramı bitirmək kimi bir niyyətim yoxdu. Hər an dəvət gözləyirəm. İndi sadəcə "Barselona"dakı karyerama köklənmişəm". Fanat.Az xəbər verir ki, bu sözləri Fatih Terimin milliyə çağırmadığı Arda Turan deyib.

"Radyospor"a açıqlama verən futbolçu Fatih Terim haqqında danışmaqdan imtina edib: "Heç nə demək istəmirəm. Allah ürəklərinə görə versin".

Arda bir gün "Qalatasaray"a dönəcəyini bildirib: "Ürəyimizin ən dərində "Qalatasaray" var. Ora bizim yuvamızdı. Bir gün "Qalatasaray"a dönəcəm. Ya futbolçu, ya baş məşqçi və ya idman direktoru kimi".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər