Arda Turan Azərbaycan mətbuatına təşəkkür etdi - FOTO

Arda Turan Azərbaycan mətbuatına təşəkkür etdi - FOTO
Bildiyiniz kimi, bu yaxınlarda türkiyəli futbolçu Arda Turan "Atletiko"dan "Barselona"ya transfer olundu. Bu transferi Azərbaycanda da bir çox yazılı və elektron mətbuat işıqlandırdı.
 
Bu gün Türkiyənin məşhur "Cihan" agentliyi bu haqda material yerləşdirib və Arda Turanın "Barselona"ya keçidini işıqlandıran bir-neçə Azərbaycan qəzet və saytının adını qeyd edib. Analoji xəbəri bu ölkənin məşhur "Bugün" qəzeti, "Haberler.com", "Haberaksiyon.com" və "Sport.Haber3.com", "Songündem.com"  saytları da yayımlayıb.
 
Ardanın təşəkkür etdiyi mətbuat orqanları: "Futbol+", "525-ci qəzet", "Çempion" qəzetləri, apasport.az, rekord.az və sportal.az saytları.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər