Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2023-cü ildən Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubunda çıxış edən futbolçu "Turan Tovuz"a keçib.
O, qərb təmsilçisində mövsümün sonuna qədər icarə əsasında oynayacaq.
Artıq "Transfermarkt" portalı milliləşdirilmiş ukraynalını Tovuz təmsilçisinin futbolçusu kimi təqdim edib.
Qeyd edək ki, 26 yaşlı Anton bir ay əvvəl koreyalılarla yeni - üç illik müqavilə imzalayıb. O, sözügedən komandada olduğu iki il ərzində 55 oyuna çıxıb və 3 qol, 2 assistlə yadda qalıb.
Mirağa