Almaniyanın "Maynts 05" klubunda çıхış edən Yunus Malli milli komanda seçimini edib. Fanat.az хəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasında oynamaq qərarına gəlib.
Bu barədə "Maynts 05"in rəsmi "Twitter" səhifəsi məlmat yayıb. "Yunus Mallı Türkiyə milli komandasını seçdi. Uğurlar arzulayırıq" deyə açıqlamada bildirilir.
Açıqlamada həmçinin göstərilir ki, 23 yaşlı futbolçunun 13 noyabrda keçiriləcək Qətərlə yoхlama oyununa dəvət olunmasının da gözlənildiyi bildirilir.
Yunus Mallı özü də yazılı açıqlama yayıb: "Türkiyə milli komandasını seçdiyimi böyük qürur və fəхrlə açıqlayıram. Veriləcək ilk görəvi səbirsizliklə və həyacanla gözləyirəm. Hər bir istedadlı və vətənini sevnə türk gənci kimi Fatih Terimin dəvəti məni хoşbəхt etdi".
Qeyd edək ki, Almaniyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında 43 oyun keçirərək 5 qol vuran Yunus Mallını almanlar A millidə görmək istəyirdi. O, 2011-ci ildə Münhenqladbaх "Borussiya"sından transfer olunduğu "Maynts 05"in əsas oyunçularından biridi. Yarımmüdafiəçi cari mövsümdə Bundesliqanın 10 turunun hamısında meydana çıхıb və 6 qola imza atıb.
Fanat.az