Alman hakimlə Azərbaycanda məzələniblər

Alman hakimlə Azərbaycanda məzələniblər

Alman hakim Mixael Emmer ölkəsinin mətbuatına danışıb.

 

Fanat.Az xəbər verir ki, 47 yaşlı referi karyerasında üzləşdiyi maraqlı hadisələrdən söz açıb. O, Azərbaycana səfərini də xatırlayıb. 1999/2000 mövsümündə UEFA Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən "Şəmkir” – "Krivbas” (Ukrayna - 0:2) görüşündə yan xətt hakimi funksiyasını yerinə yetirmiş almaniyalı onu təəccübləndirən olayı yada salıb. Emmer 1999-cu il avqustun 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşün əvvəlindəki dialoqu yada salıb və ölkəmizdə onunla zarafat etdiklərini bildirib: "Azərbaycanda məmurlardan birinin nə üçün qapının arxasına oturacaq qoyub əyləşdiyini soruşdum, cavabları belə oldu: "Toru qorumaq üçün”.

 

Qeyd edək ki, Mixael Emmer yan xətt hakimi kimi UEFA Kubokuna, beynəlxalq turnirlərə təyinat alıb. Hazırda isə aşağı liqalarda tər tökür.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər