AL: "Qarabağ" "Ayaks"a yenildi, "Fənərbağça" - "Mançester Yunayted" duelində sülh

AL: "Qarabağ" "Ayaks"a yenildi, "Fənərbağça" - "Mançester Yunayted" duelində sülh

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun son oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, 16 matçdan biri Bakıda baş tutub. 

Azərbaycan təmsilçisi “Qarabağ” azarkeşləri önündə “Ayaks”la qarşılaşıb və böyük hesabla uduzub.

Türkiyənin “Fənərbağça” komandası “Mançester Yunayted”lə qollu bərabərliyə razılaşıb. Digər Türkiyə təmsilçisi “Beşiktaş” isə “Lion” səfərindən qalib dönüb.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində IV tura noyabrın 6-da start veriləcək.

UEFA Avropa Liqası Liqa mərhələsi, III tur 24 oktyabr

"Qarabağ" (Azərbaycan) – "Ayaks" (Niderland) 0:3 Qollar: Teylor, 36. Veqhorst, 74-pen. Akpom, 77. 

PAOK (Yunanıstan) – "Viktoriya" (Çexiya) 2:2 Qollar: Tissaudali, 84, Baba, 90+3 - Qavel, 31. Vıdra, 39.

"Makkabi" (TA, İsrail) – "Real Sosyedad" (İspaniya) 1:2 Qollar: Turgeman, 82 - Paçeko, 19. Qomes, 64.

"Roma" (İtaliya) – "Dinamo" (K, Ukrayna) 1:0 Qol: Dovbik, 23.

"Ferençvaroş" (Macarıstan) – "Nitsa" (Fransa) 1:0 Qol: Bombito, 15-öz qapısına. 

"Ayntraxt" (Almaniya) – RFS (Latviya) 1:0 Qol: Larsson, 79. 

"Midtyullann" (Danimarka) – "Yunion" (Belçika) 1:0 Qol: Diao, 18.

“Portu” (Portuqaliya) - “Hoffenhaym” (Almaniya) 2:0 Qollar: Calo, 45+2. Samu, 75.

“Reyncers” (Şotlandiya) - FCSB (Rumıniya) 4:0 Qollar: Lourens, 10. Çernıy, 31, 55. İqamane, 71. 

“Tottenhem” (İngiltərə) - AZ (Niderland) 1:0 Qol: Rişarlison, 52-pen.

“Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə) 0:1 Qol: Fernandeş, 71.

“Fənərbağça” (Türkiyə) - “Mançester Yunayted” (İngiltərə) 1:1 Qollar: Ən-Nəsiri, 49 - Eriksen, 15.

“Malmö” (İsveç) - “Olimpiakos” (Yunanıstan) 0:1 Qollar: Əl-Kaabi, 30.

“Atletik” (İspaniya) - “Slaviya” (Çexiya) 1:0 Qollar: Uilyams, 33.

“Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan) 2:0 Qollar: Edozi, 67. Dreyer, 90+5.

“Tvente” (Niderland) - “Latsio” (İtaliya) 0:2 Qollar: Pedro, 35. İsaksen, 87. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər