AL: "Qarabağ" 2 nəfər azlıqda "Ayaks"a böyük hesabla uduzdu

AL: "Qarabağ" 2 nəfər azlıqda "Ayaks"a böyük hesabla uduzdu

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu III turda “Ayaks”ı qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.

Oyunu  Şotlandiyadan olan hakimlər briqadası idarə edib

Matça istəkli başlayan “Qarabağ” 15-ci dəqiqədə azlıqda qalıb. Romao qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətə salıb. Niderland komandası 3 qol vurandan sonra Cəfərquliyev də ikinci sarı vərəqə ilə qovulub və qarşılaşma bu hesabla da yekunlaşıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).

UEFA Avropa Liqası Liqa mərhələsi, III tur 24 oktyabr

“Qarabağ” – “Ayaks” 0:3 

Qollar: Teylor, 35. Veqhorst, 74-pen.  Akpom, 77.

Qırmızı vərəqələr: Julio Romao, 15. Elvin Cəfərquliyev, 79 (ikinci sarı) Baş hakim: Nikolas Uolş (Şotlandiya). Hakim-inspektor: Mehmet Murat Ilqaz (Türkiyə) UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya) Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ": 99. Mateuş Koxalski, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina. Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 11. Emmanuel Adday, 13. Bəhlul Mustafazadə, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə. Baş məşqçi: Qurban Qurbanov. 

"Ayaks": 22. Remko Pasver, 2. Devayn Renç, 4. Yorrel Hato, 6. Cordan Henderson (k), 8. Kennet Teylor, 11. Mika Qodts, 24. Daniele Ruqani, 25. Vaut Veqhorst, 28. Kian Fits-Cim, 29. Kristian Rasmussen, 37. Yosip Şutalo. Ehtiyat oyunçular: 12. Cey Qorter, 40. Diant Ramay, 3. Anton Qoei, 5. Ouen Veyndal, 9. Brayan Brobbi, 10. Çuba Akpom, 13. Ahmetcan Kaplan, 20. Bertrand Traore, 21. Branko van der Bomen, 31. Jorti Mokio, 33. Benjamin Tahiroviç, 49. Ceydo Banel. Baş məşqçi: Françesko Farioli.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər