Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında

Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında

Rumıniyalı əfsanəvi futbolçu Adrian Mutunun “Neftçi”ni seçməsi bütün dünyada maraqla qarşılanıb. 

Fanat.Az xəbər verir ki, dünyanın bir sıra məşhur saytları – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbuatında rumıniyalı mütəxəssislə bağlı müxtəlif yazılar dərc edilib, bu keçid geniş işıqlandırılıb.

Bundan əlavə, “Neftçi”nin Sankt-Peterburq toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskavada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşüblər, şəkil çəkdirib avtoqraf alıblar. Sankt-Peterburq və Moskvadakı hava limanlarında da ona maraq yüksək olub. “Neftçi”nin sosial media səhifələrindəki paylaşımlara gələn reaksiyalardan da görünür ki, Adrian Mutunun komandaya baş məşqçi təyin olunması böyük əks-səda doğurub, “Neftçi”nin bütün dünyada tanınması baxımından da əlamətdar olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər