ABL: "Gəncə" vahid lider oldu, NTD "Neftçi"ni yendi

ABL: "Gəncə" vahid lider oldu, NTD "Neftçi"ni yendi

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib.

 Fanat.Az xəbər verir ki, günün ilk görüşü çempionatın liderlərindən olan "Gəncə" və "Sərhədçi" komandaları arasında keçirilib. Gərgin keçən oyundan birincilər 90:76 hesablı qələbə ilə ayrılıblar.  

Qələbə sayəsində Gəncə basketbolçuları xalını 13-ə çatdırıb və turnir cədvəlində vahid liderə çevriliblər.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Kris Hamil (25 xal, 5 ribaund), "Sərhədçi"dən Maksvel Starvud ( 27 xal, 5 ribaund) olub.

Günün ikinci oyununda iki paytaxt təmsilçisi "Neftçi" və NTD basketbolçuları qarşılaşıblar. Bu oyunda NTD komandası rəqibi üzərində 88:75 hesabı ilə qələbə qazanıb.

Nəticədə xalını 12-yə çatdıran NTD turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Matçın ən məhsuldarları "Neftçi"dən Reymond Miller (28 xal, 10 ribaund), NTD-dən Londell King  (20 xal, 8 ribaund) olub.

Qeyd edək ki, turun bağlanış oyunu noyabrın 27-də Şəki Olimpiya İdman Kompleksində "Olimpik Şəki" və "Sabah"  komandaları arasında keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər