ABL: “Neftçi”dən asan, “Gəncə”dən əzmkar qələbə

ABL: “Neftçi”dən asan, “Gəncə”dən əzmkar qələbə

Azərbaycan Basketbol Liqasında 18-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Sərhədçi” İdman Mərkəzində keçirilən günün ilk oyununda “Sabah” və “Gəncə” basketbolçuları qarşılaşıblar.

Oyunun ilk hissəsində “Sabah” qalib olsa da, geri dönüş edən gəncəlilər yekunda 81:76 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (17 xal, 10 ribaund), “Gəncə”dən isə Cordan Endryus (19 xal, 10 ribaund) olublar.

Günün ikinci oyununda paytaxt klubu “Neftçi” İK “Olimpik Şəki” basketbolçularını qəbul edib. İlk perioddan üstünlüyü əla alan paytaxt klubu yekunda 88:69 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Yuri Kondrakov (29 xal, 10 ribaund), “Olimpik Şəki”dən Davante Kuper (13 xal, 5 ribaund) olublar.

Turun son oyunu fevralın 19-da Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara” ilə “Sərhədçi” arasında baş tutacaq. Turun ilk oyununda NTD “AAAF Xırdalan”a 77:95 hesabıyla uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər