Basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinin sonuncu - üçüncü turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bütün oyunlar “Sərhədçi” İdman Mərkəzində baş tutub.
Qeydə alınan nəticələrindən sonra “Gəncə” və NTD komandaları qrupda ilk, “AAAF Xırdalan" və Neftçi" komandaları isə ikinci pilləni tutaraq yarımfinala vəsiqə qazanıblar.
Yarımfinal oyunları ("Gəncə" - "Neftçi", "NTD" - "AAAF Xırdalan") martın 25-də baş tutacaq.
A qrupu
Sabah - AAAF Xırdalan 82:85 Ən məhsuldar basketbolçular: Sabah - Kamran Məmmədov - 14 xal, 6 ribaund AAAF Xırdalan - Devin Pullum - 25 xal, 7 asist
Gəncə - Sərhədçi 75:80 Ən məhsuldar basketbolçular: Gəncə - Əkbər Məmmədov - 20 xal, 25 ribaund Sərhədçi - Trevor Blekmon - 16 xal, 1 ribaund
B qrupu
NTD - Zirvə Astara 104:103 Ən məhsuldar basketbolçular: NTD - Londel Kinq - 19 xal, 15 ribaund Zirvə Astara - Ruşard Kruikşenk - 51 xal, 9 ribaund
Olimpik Şəki - Neftçi 74:100 Ən məhsuldar basketbolçular: Olimpik Şəki - Larri Robinson - 24 xal, 7 asist Neftçi İK - Zaur Quşanov - 19 xal, 3 asist
A qrupu 1. Gəncə (2-1) - 5 xal 2. AAAF Xırdalan (2-1) 5 3. Sabah (1-2) 4 4. Sərhədçi (1-2) 4
B qrupu 1. NTD (3-0) 6 2. Neftçi İK (2-1) 5 3. Zirvə Astara (1-2) 4 4. Olimpik Şəki (0-3) 3