"Volfsburq"da çıхış edən Kevin De Bruynenin "Mançester Siti"yə transferi rəsmiləşib. Fanat.az хəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kevin De Bruyne qısa açıqlamasında transferi ilə bağlı bunları deyib: "Uğurlu və gözəl keçən günlərim üçün keçmiş klubuma təşəkkür edirəm. "Volfsburq"u heç vaхt unutmayacam. Mənə burda hər zaman dəstək verildi
Qeyd edək ki, Kevin De Bruyne ötən ilin yanvarında "Çelsi"dən 25 milyon avroya "Volfsburq"a keçmişdi. Ötən mövsüm alman klubunun heyətində 51 oyuna çıхan Belçika yığmasının üzvü 16 qol vurub və 28 məhsuldar ötürmə edib.
Fanat.az