Moldovanın "Dinamo-Avto” klubu azərbaycanlı futbolçu Orxan Qurbanlının keçidini rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin saytı məlumat yayıb.
Müqavilə ilə "Ventspils” klubuna məxsus olan 25 yaşlı yarımmüdafiəçi 2021-ci ilin sonuna qədər icarə əsasında "Dinamo-Avto”da çıxış edəcək.
"Neftçi”nin yetirməsi olan Orxan, Azərbaycanda "ağ-qaralar”dan başqa "Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın "Dauqavpils” komandasının formasını geyinib.
Fanat.Az