Rusiyanın "Rostov" klubunda çıxış edən Ayaz Quliyev yenidən fərqlənib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu ikinci dəfə həftənin ən yaxşı futbolçusu seçilib. 22 yaşlı yarımmüdafiəçi azarkeşlər arasındakı sorğuda Premyer Liqanın VII turunda "Ural"la səfər oyununun ən yaxşısı olub.
Qeyd edək ki, "Ural" - "Rostov" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Ayaz Quliyev komandasının vurduğu qolda məhsuldar ötürmə edib.
Fanat.Az