"Qəbələ" 2 yoxlama oyunu keçirəcək

"Qəbələ" 2 yoxlama oyunu keçirəcək

"Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini davam etdirir.

 

 

Fanat.Az xəbər verir ki, Bakıda hazırlıq keçən "qırmızı-qaralar” iki yoxlama oyununa çıxmağı planlaşdırır.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda sentyabrın 4-də MOİK-lə üz-üzə gələcək. Birinci Divizion təmsilçisi ilə qarşılaşma "Bakı”nın təlim-məşq bazasında baş tutacaq.

 

 

"Qəbələ”nin ikinci rəqibi Topaz Premyer Liqasında çıxış edən "Zirə” olacaq. Qəsəbə təmsilçisi ilə matç sentyabrın 8-də keçiriləcək. Bu oyunun baş tutacağı arena yaxın günlərdə dəqiqləşəcək.

 

 

Xatırladaq ki, "qırmızı-qaralar”ın məşqlərində milli komandalara çağırılan futbolçular iştirak etmir.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər