Azərbaycan çempionatında hakim döyüldü

Azərbaycan çempionatında hakim döyüldü
AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında sərt qərarlar qəbul olunub. Fanat.Az xəbər verir ki, xüsusən də, təhqiramiz ifadələrə yol verən futbolçular ağır şəkildə cəzalandırılıblar.
I divizionun XXVI turunda baş tutan "Xəzər” – "Zaqatala” matçının 82-ci dəqiqəsində ev sahiblərindən Tural Qürbətov, qonaqlardan isə Roini İsmayılov bir-birilərini söyüşə "qonaq” etdikləri üçün 3 oyunluq diskvalifikasiyaya məruz qalıblar.
Regional Liqada "Səhliyalı” ilə "Şahdağ” arasında baş tutmuş qarşılaşmanın sonlarında birincilərin üzvü Ramil Babayev referini döydüyü üçün 10 oyunluq cəzalandırılıbsa, onun komanda yoldaşı Elşən Qasımov hakimi söymək ucbatından növbəti 4 turu buraxmalı olacaq.
U-16 Liqasının "Vətən” RİOEUGİM – "Qəbələ” İK görüşünün 61-ci dəqiqəsində komanda yoldaşını təhqir edən qonaqların futbolçusu Hüseyn Mürsəlov 3 oyunluq cəza alıb.
U-15 Liqasında isə İOEUGİM-lə matçda hakimi təhqir edən "Sumqayıt”ın oyunçusu Sərvin İsmayılov 4 matçlıq cəzalandırılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər