"Neftçi"nin futbolçusunun cəzası açıqlandı

"Neftçi"nin futbolçusunun cəzası açıqlandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Zirə" ilə oyunun 47-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Neftçi”nin futbolçusu Rahil Məmmədov 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə edilib.

"İnter" isə “Qəbələ” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimələnib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər