"Neftçi"dən ayrılan futbolçu Portuqaliya klubunda

"Neftçi"dən ayrılan futbolçu Portuqaliya klubunda

 "Neftçi"dən ayrılan Aylton Silvanın yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, "ağ-qaralar"ın Braziliyanın "Fluminense" klubundan icarəyə götürdüyü futbolçu karyerasını Portuqaliyada davam etdirəcək.

Belə ki, Aylton "Eştoril" klubuna keçib. Müqavilə ilə "Fluminense"yə məxsus olan futbolçu Portuqaliya klubuna icarəyə verilib.

Qeyd edək ki, Aylton 2015/16 mövsümündə "Neftçi"də 39 oyun keçirib və 3 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər