Erik Ramos "Neftçi"ni tərk edib. Fanat.az xəbər verir ki, Azərbaycan Kubokunun "Qarabağ"la final oyunu onun üçün Bakı klubunda son olub.
Final matçının start heyətində yer alan və son dəqiqələrdə kubok oyuna görə qırmızı vərəqə alan Ramos "Neftçi"dən ayrıldığını təsdiq edib. Matçdan sonra açıqlama verən cənubi amerikalı oyunçu son matçına çıxdığını qeyd edib.
Qeyd edək ki, 2012-ci ildən "Neftçi"də çıxış edən Ramos 163 oyunda 6 qol vurub. 29 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionluğunu və kubokunu qazanıb.
Fanat.az