"Neftçi"yə qarşı oynamayacaq

"Neftçi"yə qarşı oynamayacaq

"İnter" daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Zaur Svanadze Yuri Fomenkonun xidmətindən məhrum olub.

"Xəzər Lənkəran"la oyunda komandasının ikinci qolunu vuran ukraynalı futbolçu cəzalı duruma düşüb. Matçın 61-ci dəqiqəsində hakimi aldatmağa cəhdə görə cəzalanan Yuri sarı vərəqə limitini doldurub. Cari mövsümdə 4-cü "sarı"nı alan Fomenko XXXV turun "Neftçi" matçını buraxacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran"la oyunda "İnter"in daha iki futbolçusu sıradan çıxıb. İlkın Qırtımov başından xəsarət alıb və xəstəxanaya aparılıb. Sezar Meza Kolli də zədələnərək oyunu davam etdirə bilməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər