"Qəbələ" başladı

"Qəbələ" başladı
"Qəbələ" Azərbaycan kubokunun 1/2 final oyununun hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” “Neftçi” ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır.
Topaz Premyer Liqasının 31-ci turunun “Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda dünən növbəti məşqini gerçəkləşdirib. “Qırmızı-qaralar” günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb.
Bugünkü məşq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək. 
“Qəbələ”nin zədəli futbolçularından Vojislav Stankoviç dünəndən komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.
Xatırladaq ki, “Neftçi” – “Qəbələ” oyunu aprelin 27-i keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər