Dünən axşam "Sumqayıt"ı məğlub edən "Qəbələ" ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 12-ci dəqiqəsində İlqar Qurbanov ayağından zədələnərək Tellur Mütəllimovla əvəzlənib.
Oyuna davam edə bilməyən İlqarın ayağının sındığı məlum olub. Artıq ayağına gips qoyulan Qurbanov uzun müddət yaşıl meydandan kənarda qalacaq. Azı bir ay gipsdə gəzəcək İlqar müailəcinin gedişindən asılı olaraq həkimlərin qərarı ilə məşqlərə başlaya bilər.
Fanat.Az