"Barselona"dan Arda Turanla bağlı şok qərar

"Barselona"dan Arda Turanla bağlı şok qərar

"Barselona" ötən il təyyarə qəzasında əksər üzvləri həlak olan Braziliyanın "Şapekoense" klubu ilə yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, oyun Kataloniya klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cerard Deulofeu, Serxio Buskets, Lionel Messi, Luis Suares və Denis Suares fərqlənib. "Barselona"nın baş məşqçisi Ernesto Valverdenin Arda Turanla bağlı qərarı hamının təəccübünə səbəb olub. Baş məşqçi oyun ərzində 11 dəyişiklik etsə də, Arda Turana oynamaq şansı verməyib.

Qeyd edək ki, "Şapekoense" Amerika Kubokunun final oyunu üçün Boliviyanın Santa Kruz de la Sierra şəhərindən Kolumbiyanın Medellin şəhərinə gedərkən təyyarə qəzasına düşmüşdü. Nəticədə 71 nəfər həlak olmuşdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər