Ziyeş "Qalatasaray"ı bu kluba dəyişmək üçün tibbi müayinədən keçəcək

Ziyeş "Qalatasaray"ı bu kluba dəyişmək üçün tibbi müayinədən keçəcək

"Qalatasaray"ın yarımmüdafiəçisi Hakim Ziyeşin Türkiyə nəhəngini hansı kluba dəyişmək üzrə olduğu açıqlanıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Foot Mercato" yayıb.

Xəbərə görə, 31 yaşlı oyunçu Qətər təmsilçisi "Əl-Duhail" ilə razılığa gəlib. Mənbə mərakeşli futbolçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyini vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildən "Qalatasaray"da çıxış edən Ziyeş bu mövsüm "aslanlar"ın forması ilə 11 oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər