Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunlarına hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "Zirə" - "Neftçi" matçı FIFA referisi Rauf Cabbarova tapşırılıb.
15 may (bazar)
17:00. “Səbail” – “Qarabağ” Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “ASCO Arena”.
17:00. “Sabah” – “Sumqayıt” Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev “Bank Respublika Arena”, (“CBC Sport”/canlı)
17:00. “Şamaxı” – “Qəbələ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Seymur Səlimli Şamaxı şəhər stadionu, (pfl.az/canlı)
17:00. “Zirə” – “Neftçi” Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Rüfət Əmirov Zirə İdman Kompleksinin stadionu, (cbcsport.az/canlı)