Özil "Arsenal"la bağlı qərarını verdi

Özil "Arsenal"la bağlı qərarını verdi
Mesut Özil "Arsenal"dan ayrılmaq qərarına gəlib.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, Özil müqaviləsi bitdikdən sonra "Arsenal"ı tərk edəcəyi barədə dostlarını və yaxınlarını məlumatlandırıb. 31 yaşlı futbolçu karyerasını Türkiyə və ya ABŞ-da davam etdirməyi planlaşdırır.
Özilin müqaviləsi 2021-ci ildə başa çatacaq. Cari mövsümdə 23 matçda meydana çıxan yarımmüdafiəçinin aktivində 1 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər