Zaur İsmayılov "Qarabağ"la matçdan sonra nə danışdı?

Zaur İsmayılov "Qarabağ"la matçdan sonra nə danışdı?

Misli Premyer Liqasında 4-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son matçında "Qarabağ" "Araz-Naxçıvan" üzərində çətin qələbəyə sevinib.

Matçdan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Zaur İsmayılov jurnalistlərin suallarını cavablandırıb:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Maraqlı və gərgin oyun keçdi. İkinci hissədə hesabı minimuma endirdik. Təəssüf ki, bərabərlik olmadı."

– "Neftçi" ilə oyunla müqayisədə komandada yaxşı mənada dəyişiklik var idi, bu barədə nə deyə bilərsiniz?

"Bu oyunda uşaqlar daha yaxşı mübarizə apardılar. Rəqibi təzyiqdə saxladıq və qollar vurduq."

– "Qarabağ" kimi komandaya 2 qol vurdunuz, bu barədə nə deyə bilərsiniz?

– Hər iki qolu standart vəziyyətdən vurduq. Qol vurmağımıza baxmayaraq yenildik, təəssüf.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər